ABŞ-da yaşayan Türkiyə vətəndaşlarının səsvermə tarixləri bəlli oldu

Amerika Birləşmiş Ştatlarında yaşayan Türkiyə vətəndaşları  Türkiyədə iyunun 24-də keçiriləcək prezident və 27-ci dövr millət vəkili seçkiləri üçün 9-17 iyun tarixlərində səs verəcəklər.

963632

Məlumatı Türkiyənin Vaşinqton Səfirliyi yaydı.
 
Məlumatda deyilir: "Ali Seçki Komissiyası prezident və 27-ci dövr millət vəkili  seçkilərinə dair xarici nümayəndəliklərimizdəki səsvermə tarixlərini açıqlamışdır. Buna əsasən, ABŞ-da qeydiyyatda olan vətəndaşlarımız ilkin mərhələ seçkilərində 9-17 iyun tarixlərində, 9 gün ərzində səhər saat 09.00-dan axşam saat  21.00-a qədər Vaşinqton Səfirliyimizdə, Boston, Hyuston, Los-Anceles, Miami, Nyu-York və Çikaqo Baş Konsulluqlarımızda səs verə biləcəklər. Prezident seçkilərinin ikinci mərhələyə qalması halında isə,  seçicilər 30 iyun - 4 iyul tarixlərində  09.00-21.00 saatlarında səs verə biləcəklər".
 
 Qeyd edək ki, ABŞ-da 100 mindən çox türkiyəli seçici yaşayır və bunların təxminən 38 mini Nyu-York  bölgəsində qeydiyyatdadır.

Әlaqәli Xәbәrlәr