FETÖ-nün “hərbi məhrəm”inə əməliyyat: 14 həbs

Türkiyənin Malatya mərkəzli FETÖ əməliyyatında təşkilatın "hərbi məhrəm quruculuğu" içərisində olduqları müəyyən edilən 18 şübhəlidən 14-ü həbs olundu.

962819
FETÖ-nün “hərbi məhrəm”inə  əməliyyat: 14 həbs

   Malatya Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində Rayon Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə qarşı Mübarizə Şöbəsi qruplarının tutduğu, FETÖ üzvləri olduğu təsbit edilən şübhəlilərin polisdəki işləri tamamlanıb.

  Sağlıq testindən keçdikdən sonra ədliyyəyə sövq edilən 11 gizir və təşkilatın 3 hərbi üzvü məhkəmə qərarına əsasən həbs olunub. Şübhəlilərdən 3-ü gizir olmaqla 4 nəfər peşmançılıq maddələrinə görə nəzarətdə saxlanılmaqla sərbəst buraxılıb.

  Qeyd edək ki, Malatya mərkəzli FETÖ əməliyyatinda 19 apreldə Ərzurum, Eskişehir, Adana, Kahramanmaraş, Bolu, Ankara, Konya, İzmir, İstanbul və Kilisdə təşkil olunan bərabərzamanlı əməliyyatlarda 15 nəfər tutulub. Polis qrupları daha sonra axtarılan 3 nəfəri də yaxalayıb.



Әlaqәli Xәbәrlәr