Türkiyənin Aydın və Van rayonlarında 158 qaçaq yaxalandı

Briqadalar 3 şübhəlini də nəzarətə götürüb.

962574
Türkiyənin Aydın və Van rayonlarında 158 qaçaq yaxalandı

  Türkiyənin Aydın və Van rayonlarında qeyri-qanuni yollarla ölkəyə daxil olmuş 158 qaçaq yaxalanıb.

  Aydının Didim qəsəbəsində qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 103 qaçaq saxlanılıb.

  Sahil Təhlükəsizlik qrupları pilotsuz uçuş aparatıları ilə apardığı monitorinq zamanı Didim Tekağaç burnu sahilində bir rezin qayıq müəyyənləşdirib. Bölgəyə sövq edilən briqadalar qayıqdakı Suriya əsilli 49 qaçqını təknəyə mindirərək quruya çıxarıb. Həmin gün rayon mərkəzində keçirilən əməliyyatda zamanı isə ölkə xaricinə çıxma hazırlığında olan Suriya əsilli 54 qaçaq saxlanılıb. Sonra bu 103 qaçqın Aydın Miqrasiya İdarəsinə təhvil verilib.

  Vanda da qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğu müəyyən edilən 55 əcnəbi qaçaq yaxalanıb.

  Rayon Jandarm Komandanlığından verilən məlumata görə Başkale, Gevaş və Gürpınar rayonlarında da qaçaq tutulub. Yol polisinin reydi nəticəsində qeyri-qanuni yollarla ölkəyə daxil olanların 22-si Başkaledə, 22-si Gürpınarda və 11-i Gevaşda yaxalanıb. Briqadalar 3 şübhəlini də nəzarətə götürüb. Sonra əcnəbilər Van Rayonu Miqrasiya İdarəsinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr