Türkiyә Nigeriyada törәdilәn terror aktını qınadı
Nigeriyanın Mubi şәhәrindәki mәscidә tәşkil edilәn hücum nәticәsindә 42 nәfәr hәlak olub, 68 nәfәr dә yaralanıb.
Türkiyә Nigeriyada törәdilәn terror aktını qınayıb.
Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada deyilir: ‘‘ Bu gün Nigeriyanın Mubi şәhәrindәki mәscidә tәşkil edilәn hücum nәticәsindә çox sayda adamın hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Törәdilәn terror aktını qınayır, hәlak olanlara Allahdan rәhmәt, yaralılara şәfa, Nigeriya hökumәti vә xalqına dәrin hüznlә başsağlığı veririk’’.
Qeyd edәk ki, Nigeriyanın Mubi şәhәrindәki mәscidә tәşkil edilәn hücum nәticәsindә 42 nәfәr hәlak olub, 68 nәfәr dә yaralanıb.
Bu barәdә yerli polis mәlumat verib.
Mәlumata görә, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb. Hücumun terror tәşkilatı Boko Haram tәrәfindәn törәdildiyi isә istisna edilmir.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq