Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyadadır

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyanın paytaxtı Seula səfər etdi.

962030
Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyadadır

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyanın paytaxtı Seula səfər etdi.

Ərdoğan Prezident Sarayında Cənubi Koreyanın dövlət başçısı Moon Jae-inlə təxminən bir saat davam edən təkbətək görüş keçirdi.
 
Liderlər təkbətək görüşdən sonra heyətlərarası görüşün mətbuata açıq hissəsində çıxış etdilər.

Ərdoğan  Koreya prezidentinə  ev sahibliyinə görə  təşəkkür etdi, Cənubi Koreya və Şimali Koreya arasında keçirilən, dünyada sülh prosesinə ciddi şəkildə müsbət təsir edəcək görüş münasibətilə özünün və millətinin adından təbriklərini çatdırdı.

Türkiyənin dövlət başçısı: "Bu, dünyada yaranan qorxuları, narahatlıqları aradan qaldıran bir görüş oldu.  Arzu edirik ki, bu qətiyyət bundan sonra da  davam etsin" dedi.
 

Ərdoğan bu prosesin Şimali Koreyanın müxtəlif ölkələrlə də görüşlərini davam etdirdiyi halda  daha müsbət nəticələrə vəsilə olacağına işarə edərək: "Türkiyə  bu məsələdə üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır"deyə vurğuladı.

 Cənubi Koreya və Türkiyə əlaqələrinin xüsusilə son dövrdə müsbət istiqamətdə davam etdiyini qeyd edən dövlət başçısı ticarət həcminin təxminən 7,5 milyard dollar səviyyəsində olduğunu söylədi, bunun daha yüksək səviyyəyə çatmasını arzuladı.
 

Prezident Ərdoğan və Moonun açıqlamalarından sonra iki ölkə arasındakı heyətlərarası görüş mətbuata qapalı şəkildə davam edir.
 
 Heyətlərarası görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, Baş nazirin müavini Hakan Çavuşoğlu, Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Gömrük və Ticarət naziri Bülənd Tüfənkçi, Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş, Dövlət Aparatının sözçüsü İbrahim Kalın iştirak edirlər.



Әlaqәli Xәbәrlәr