Qırmızı bülletenlə axtarılan terrorçu yaxalandı

Türkiyə Silahlı Qüvvələri Siirtdə  əməliyyat təşkil etdi.

962031
Qırmızı bülletenlə axtarılan terrorçu yaxalandı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi Twitter hesabından Siirtin Eruh rayonunda  separatçı terror təşkilatına qarşı keçirilən əməliyyata dair məlumat verildi.

Məlumatda əməliyyatda sağ ələ keçirilən terrorçunun qırmızı bülletenlə axtarılan, kod adı "Malik" olan Osman Özonal olduğunun müəyyən edildiyi bildirilir.
 
 Terrorçu Özonalın üstündə iki AK 47 piyada tüfəngi, bu tüfəngə məxsus güllələr, iki əl qumbarası və müxtəlif hərbi ləvazimatlar ələ keçirilib.



Әlaqәli Xәbәrlәr