"Türkiyə-Özbəkistan arasında hələ belə şey olmamışdı", R.T.Ərdoğan

Özbəkistan və Cənubi Koreyanı əhatə edən Asiya səfərinin ilk dayanacağı olan Özbəkistanın paytaxtı olan Daşkənddə ölkə parlamentində çıxış edib.

961584
"Türkiyə-Özbəkistan arasında hələ belə şey olmamışdı", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Özbəkistanda özünü ata yurdunda hiss etdiyini deyib.

  Özbəkistan və Cənubi Koreyanı əhatə edən Asiya səfərinin ilk dayanacağı olan Özbəkistanın paytaxtı olan Daşkənddə ölkə parlamentində çıxış edən Ərdoğan deyib: "Ata yurdumuzda özümüzü evimizdəki kimi hiss edirik…. Biz 25 müqavilə imzaladıq. Bu günə qədər Türkiyə-Özbəkistan arasında belə böyük paket müqavilələri imzalanmamışdı… Könüllər arasına sərhəd çəkilə bilməz. Ürəkləri bir olanlar üçün məsafələrin heç bir mənası yoxdur. Bizim inamımızda qardaşlıq ən qiymətli xəzinədir. Özbəkistanın müstəqilliyini bərpa etməsi özbək bacı-qardaşlarımız qədər Türkiyə üçün də böyük qürur mənbəyidir… Özbəkistan yer altı və yerüstü sərvətlərə malik bərəkətli torpaqlardır. Bu ölkənin yeni yüksəliş dövründə Türkiyə hər cür dəstəyi verməyə hazırdır. Şavkat Miramanoviç Mirziyoyev qardaşıma Türkiyə vətəndaşlarına sərbəst viza təmin etdiyi üçün bir daha təşəkkür edirəm… Bu gün dünya qlobal mənada çox təlatümlü günlərdən keçir. Sülh və sabitliyin tezliklə hakim olmasını cani-könüldən istəyirik. Bu çərçivədə Özbəkistanla əməkdaşlığımızı gücləndirməyə hazırıq".



Әlaqәli Xәbәrlәr