Yens Stoltenberq: "Türkiyənin əhəmiyyətini anlamaq üçün xəritəyə baxmaq kifayətdir"

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin NATO üçün açar əhəmiyyətli bir ölkə olduğunu bildirdi.

961102
Yens Stoltenberq: "Türkiyənin əhəmiyyətini anlamaq üçün xəritəyə baxmaq kifayətdir"

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə jurnalistləri ilə görüşərək, onların suallarını cavablandırdı.

Stoltenberq İraq və Suriya ilə qonşu olan Türkiyənin strateji əhəmiyyətinə işarə edərək: "Türkiyənin əhəmiyyətini anlamaq üçün xəritəyə baxmaq kifayətdir" dedi.

Baş katib Türkiyənin terror təşkilatı DAEŞ-in məğllub edilməsi  məsələsində qlobal koalisiyaya təməl yaratdığını xatırladaraq, Türkiyəyə minnətdarlıq etdi.

Stoltenberq Türkiyənin 2016-cı ilin 15 iyulunda  həyata keçirilən dövlət çevrilişi cəhdindən sonra hüququn aliliyi prinsipinə əsaslanaraq məsləni qanuni şəkildə təqib etmə hüququna malik olduğunu qeyd etdi.

Türkiyənin terrordan ən çox zərər görən NATO ölkəsi olduğunu təsbit edən baş katib: "Türkiyənin təbii ki, özünü qoruma haqqı var" dedi.

Stoltenderq sözünə belə davam etdi: " Türkiyə bir neçə il ərzində ittifaqın açar rol oynacaq ölkəsi olacaq. Digər müttəfiqlər də bunun fərqindədirlər".

 



Әlaqәli Xәbәrlәr