Prezident Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə gedib

Prezident Rəcəb Tayyib Ərdoğan Özbəkistan və Cənubi Koreyanı əhatə edən səfərinin ilk dayanacağı Daşkənddədir.

961215
Prezident Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə gedib

Prezident Ərdoğan, Özbəkistana səfəri çərçivəsində bu ölkənin prezidenti Şevket Mirziyoyev tərəfindən Köksarayda rəsmi mərasimlə qarşılanıb.

Ərdoğan üç gün davam edəcək Özbəkistan səfəri çərçivəsində həmkarı ilə bir araya gələcək. İki ölkə arasında baş tutacaq geniştərkibli danışıqlardan sonra, razılaşmalar imzalanacaq. İki lider daha sonra birgə mətbuat konfransı təşkil edəcək.

Ərdoğan səfəri çərçivəsində Özbək həmkarı Mirziyoyev ilə Türkiyə-Özbəkistan İş Forumuna da qatılacaq. 1 Mayda Buxara şəhərinə baş çəkəcək.

Qeyd edək ki, prezident Ərdoğanı Özbəkistana səfəri zamanı bəzi nazirlər və bir çox iş adamı müşayiət edir.



Әlaqәli Xәbәrlәr