İraqdakı Türkiyə Silahlı Qüvvələrinə PKK-lılar hücum etdi

İraqın şimalındakı Kanı Rash bölgəsində separatçı terror təşkilatı PKK-lılara qarşı həyata keçirilən silahlı hücum nəticəsində bir Türkiyə əsgəri şəhid olub, biri yaralanıb.

960489
İraqdakı Türkiyə Silahlı Qüvvələrinə PKK-lılar hücum etdi

  Türkiyə Baş Qərargahından verilən yazılı məlumata görə, Kani Rash bölgəsində yerləşən Türkiyə Silahlı Qüvvələrinə PKK mənsubları tərəfindən silahlı hücum edilib. Döyüş zamanı bir əsgər şəhid olub, biri isə yaralanıb. Terrorçuların zərərsizləşdirilməsi məqsədilə bölgədə hava əməliyyatı təşkil edilib.

 Türkiyənin Hakkari rayonunun Çuxurca qəsəbəsi çölündə də təhlükəsizlik qüvvələrinin top və minomyot atəşləri nəticəsində 4 terrorçu zərərsizləşdirilib.

 Yüksekovada axtarış zamanı bir terrorçu sığınacağında əl qumbarası, 40 kiloqram ammunium-nitrat, RDX qarışığı partlayıcı maddə və çox sayda sursat ələ keçirilib.

  Diyarbəkirin Lice və Kulp rayonlarında terror təşkilatı PKK-ya qarşı əməliyyatda isə 8 sığınacaq viran edilərək istifadəyə yararsız hala gətirilib. Əməliyyat zamanı bir sıra elektrik materialı, çox sayda təşkilati proqram, geyim və s. ələ keçirilib.

  Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 20-27 aprel tarixləri arası Tunceli, Siirt, Diyarbəkir, Şırnak və İraqın şimalındakı əməliyyatlarda 41, Suriyanın Afrin bölgəsində 20 yanvardan başlayan Zeytun Budağı Hərəkatı zamanı isə bu günə qədər 4305 terrorçunu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr