XİN: “Ciddiliyi və hüquqi əsası yoxdur”

Xarici İşlər Nazirliyi Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Yan-Klaud Yunkerin (Jean-Claudə Juncker) Yunanıstandakı açıqlamalarına cavab verdi.

959490
XİN: “Ciddiliyi və hüquqi əsası yoxdur”

Xarici İşlər Nazirliyi Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Yan-Klaud Yunkerin (Jean-Claudə Juncker) Yunanıstandakı açıqlamalarına cavab verdi.

Nazirliyin açıqlamasında deyilib: “Avropa İttifaqı Komissiyasının sədri Yan-Klaud Yunkerin aprelin 26-da Yunanıstan parlamentindəki çıxışında ölkəmizi əlaqədar edən mövzularda “İttifaq həmrəyliyi” pərdəsi arxasında, onun səlahiyyətində olmayan qərarlara gəlir. Egey və Aralıq dənizi ilə əlaqəli Rum-Yunan tezislərinə əsaslı bu açıqmalarla Aİ məsulları onlara olan etimadı itirməkdə davam edirlər. Ciddiliyi və hüquqi əsası olmayan bu açıqlamaları rədd edirik”.

Nazirliyin açıqlamasında Yunkerin məhkum tutulan iki yunan əsgərilə əlaqəli şərhlərin də “ikili standart” olduğu bildirilib.

“Yunkerin ayrıca ölkəmizdə məhkum tutulan iki yunan əsgərinin “mütləq azad buraxılmaları barədəki açıqlamasını da heyrətlə qarşılayırıq. Türkiyənin qanunları pozan yunan əsgərlərinin müstəqil məhkəmə qarşısında hər hansı imtiyazı yoxdur. İstədiyi zaman hüquq dövlətini xatırladan, mənfəətinə uyğun olduqda isə davam edən məhkəmə prosesinə müdaxilə mənası daşıyan açıqlamalardan imtina etməyən bu ikili standardı qınayırıq” –deyə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib.



Әlaqәli Xәbәrlәr