Türkiyənin qarşıdakı dövrdə ən mühüm vəzifəsi inflyasiya ilə mübarizədir

Bunu Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək bildirdi.

957993
Türkiyənin qarşıdakı dövrdə ən mühüm vəzifəsi inflyasiya ilə mübarizədir

Türkiyə Baş nazirinin iqtisadiyyat məsələləri üzrə müavini Mehmet Şimşək Qaziantep Ticarət Palatası, Cənub-Şərqi Anadolu İxracatçılar Birliyi və Qaziantep Xalçaçılar Palatasnın əməkdaşlığı ilə təşkil olunan sərgidə iştirak etdi.

Şimşək sərgidə çıxış edərək: "Dünya 2002-ci ildən bu yana 78% böyüyüb, Türkiyənin böyümə rəqəmi isə 230-dur. 10 ildə 8.7 milyon nəfər işə girib. Böyüməni görməyənlər bu rəqəmi görsünlər" dedi.
 
 Türkiyənin qarşıdakı dövrdə ən mühüm vəzifəsinin inflyasiya ilə mübarizə olduğunu vurğulayan Baş nazirin müavini: "Çətin günlər geridə qaldı. 5 il müddətində köklü islahatlarla daha çox irəliləyəcəyik" deyə danışdı.



Әlaqәli Xәbәrlәr