Türkiyə Avropada daxili siyasət vəsaiti olaraq istifadə edilməməlidir: M.Çavuşoğlu

M.Çavuşoğlu, Birləşmiş Millətlər Təşkilatı Baş asambleyasının rəhbəri Miroslav Lajcakın başçılığında 24-25 Aprel tarixlərində keçirilən "Sülhü Bərpa və Sülhün davam etdirilməsi" mövzulu yığıncaq çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verib.

958122
Türkiyə Avropada daxili siyasət vəsaiti olaraq istifadə edilməməlidir: M.Çavuşoğlu

M.Çavuşoğlu BMT Baş katibi Antonio Guterres, BMT Baş asambleyasının sədri Lajcak və Almaniya xarici işlər naziri Heiko Maas başda olmaqla bir çox ölkənin xarici işlər naziriylə bir araya gəlib.

 Alman həmkarı Maas ilə məhsuldar görüş keçirdiyini ifadə edən Çavuşoğlu: " Biz Almaniya kimi güçlü bir ölkə ilə hər zaman dostluq əlaqələri yaradmaq və bunu irəli pillələrə qaldırmaq istiyirik. Ancaq bunun üçün qarşı tərəf də eyni fikirdə olmalıdır. Türkiyə və atdığı addımlara hörmətlə yanaşmalıdır. Türkiyə Avropada bir çox ölkədə daxili siyasət vəsaiti kimi istifadə edilməməlidir. Bizim Avropa ölkələrindən və Avropa İttifaqından gözləntimiz, əlaqələrə mənfi təsir edəcək addımlardan imtina edilməsidir. Biz Almaniyanın Keçmiş Xarici işlər naziri Sigmar Qabriel ilə iki ölkə arasındakı əlaqələri və əməkdaşlığı inkişaf etdirmək uğrunda səy etdik. Bu addımlar Maas dövründə də atılmalı. Bu barədə həmkarımla mütabiq qaldıq. Alman həmkarımla hüquqi və təhlükəsizlik mövzular daxil olmaqla terror təşkilatları PKK və fəto mevzularını da müzakirə etdik. Maası İstanbuldakı Alman Liseyinin quruluşunun 150-ci il dönümü münasibətiylə təşkil ediləcək tədbirə və avqust ayında keçiriləcək səfirlər Konfransına dəvət etdim.



Әlaqәli Xәbәrlәr