Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub
Prezident Rəcəb Tayyıb Ərdoğan, Türkiyəyə rəsmi səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevi Prezident administrasiyasında - Külliyədə mərasimlə qarşılayıb.
Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi hazır olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.
Qarşılanma mərasimindən sonra liderlər və geniştərkibli danışıqlar olub. İki lider görüşdən sonra mətbuat konfransı təşkil edib. Prezident Ərdoğan daha sonra Əliyevin şərəfinə ziyafət verib.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...