"Millət vəkilləri təmayül yoxlaması ilə müəyyən olunacaq, çünki..."

R.T.Ərdoğan proqramda erkən seçki qərarı sözünü çoxdan verdiyini xatırladıb, digər siyasi partiyalara görə ən hazırlıqlı partiya olduqlarını bildirərək deyib...

956454
"Millət vəkilləri təmayül yoxlaması ilə müəyyən olunacaq, çünki..."

  “24 İyun seçkilərində deputat təmayül yoxlaması ilə müəyyən olunacaq, çünki təmayül olmadan millət vəkillərini seçmək düzgün olmaz". Bu sözləri Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan NTV-də yayımlanan "Siyasi İşler Özel" proqramında söyləyib.

  R.T.Ərdoğan proqramda erkən seçki qərarı sözünü çoxdan verdiyini xatırladıb, digər siyasi partiyalara görə ən hazırlıqlı partiya olduqlarını bildirərək deyib: “Hər an seçkiyə rahatlıqla girə biləcək nöqtədəyik. Digər partiyalarda da hazırlıqlar gedir.”

  CHP lideri Kemal Kılıçdaroğlu ilə bağlı verilən suala Ərdoğan bu cavabı verib: “Yaxşısı budur, başqasını axtarmasın, meydana özü çıxsın. Ana müxalifətin başındakı bu adamın yarışa girməsini istəyirəm. Xalqın ona nə qədər səs verəcəyini görməkdə fayda var. Bu günə qədər çox şey deyib, amma 20 faizdə qalıb. Di gəl, prezidentliyə namizəd ol, baxaq, görək topladığın səslərə… Meydan-meydan deyirsən, buyur, bu da meydan, gəl, namizəd ol.”

  Digər partiyalarla bağlı sualları da Ərdoğan cavablandıraraq deyib: “Saadet Partiyası ilə aparılan danışıqlardan hələlik bir nəticə almamışıq. CHP ilə ideal görüşlər ola bilər, digər partiyalarla da… İYİ Partiyanın seçkilərə girib-girməməsi məsələsində də problem yoxdur… Bizim üçün Fövqəladə Vəziyyət dövründə seçki olub-olmaması mühakiməsi edilir. Türkiyədə bu günə qədər belə seçkilər keçilirilb… Fransada belə Makron Fövqəladə Vəziyyət zamanı prezident seçildi. Dünyada başqa nümunələr də var.”



Әlaqәli Xәbәrlәr