Binəli Yıldırım ABŞ-a sərt reaksiya göstərdi

Türkiyənin Baş naziri Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarının Türkiyədə 24 İyunda keçiriləcək növbədənkənar seçkilərlə bağlı açıqlamasına sərt reaksiya göstərdi.

955819

 Paytaxt Ankarada jurnalistlərin suallarını cavablandıran Baş nazir: "Onlar (ABŞ), əvvəl öz işlərinə baxsınlar. ABŞ-dakı seçkilərdən 1,5 il keçib, hələ də seçkilərdə qanun pozuntularının olması ilə əlaqədar mübahisələr bitməyib. Amerikalılar seçki görmək istəyirlərsə, Türkiyəyə gəlsinlər, nə qədər şəffaf olub-olmadığını yerində görsünlər" dedi.
 
 Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Heather Nauert Türkiyədə fövqəladə vəziyyət tətbiqinin davam etdiyini xatırladaraq: "Növbədənkənar seçkilərin ədalətli və şəffaf şəkildə keçiriləcəyi ilə bağlı narahatlıqlarımız var" deyib.

Әlaqәli Xәbәrlәr