Muğlada Yunan adalarına keçməyə çalışan əcnəbilər yaxalandılar

Türkiyənin Muğla şəhərinin Fethiyə rayonunda qeyri-qanuni yollarla Yunan adalarına keçməyə çalışan əcnəbi əsilli 111 şəxs yaxalandı.

953390
Muğlada Yunan adalarına keçməyə çalışan əcnəbilər yaxalandılar

Türkiyənin Muğla şəhərinin Fethiyə rayonunda qeyri-qanuni yollarla Yunan adalarına keçməyə çalışan əcnəbi əsilli 111 şəxs yaxalandı.
 
 Jandarm dəstələri Kayaköy Məhəlləsi Gəmilər Körfəzi  mövqeyindəki  meşə sahəsində bir qrupun olması xəbərindən sonra hərəkətə keçdilər.
 
 Dəstələr dəniz kənarındakı şam ağaclarının altında Suriya, Pakistan və Əfqanıstan əsilli 111 nəfəri yaxaladılar.
 
Yaxalanan şıxslər Muğla Miqrasiya İdarəsinə göndərildilər.



Әlaqәli Xәbәrlәr