Türkiyә XİN Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, İngiltәrә və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib.
![Türkiyә XİN Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/0217/65c0/2996/589ffb785b486.jpg?time=1718806391)
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, İngiltәrә və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib.
Xarici işlәr Nazirliyindәn verilәn açıqlamada əməliyyatın Türkiyə tərəfindən məmnunluqla qarşılandığı qeyd olunub.
“Türkiyə 7 aprel günü Dumada çoxlu sayda mülki şəxsin ölümünə yol açan kimyəvi silah hücumuna cavab olaraq ABŞ, İngiltərə və Fransanın bu gün səhərə yaxın Suriya rejiminə qarşı təşkil etdiyi əməliyyatı düzgün reaksiya kimi qiymətləndirir. Bu əməliyyatı məmnunluqla qarşılayırıq. Kimyəvi silahlar da daxil olmaqla, kütləvi qırğın silahları ilə mülki şəxsləri hədəf alan hücumlar insanlığa qarşı cinayətdir. Yeddi ildən çoxdur ki, istər adi silahlar, istərsə də kimyəvi silahlarla öz xalqına zülm edən Suriya rejiminin insanlığa qarşı cinayətləri, eləcə də hərbi cinayətləri ortadadır. Beynəlxalq ictimaiyyətin vicdanında bu məsələdə şübhə yoxdur. Türkiyə bu cür cinayətlərin cəzasız qalmaması və günahkarların cəzalandırmasının bənzər hadisələrin təkrarının qarşısının alınması baxımından kritik önəmə sahib olduğuna inanır”, - deyə açıqlamada bildirilir.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718806391)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718806391)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq