Binəli Yıldırım Makedoniya prezidenti ilə görüşdü

Türkiyənin baş naziri Binəli Yıldırım 21-ci Avrasiya İqtisadiyyat Zirvəsi çərçivəsində Türkiyəyə səfər edən Makedoniya prezidenti George Ivanov ilə bir araya gəldi.

949770

 Türkiyə Nazirlər Kabinetindən verilən məlumata görə, İstanbulda keçirilən görüşdə iki ölkə arasında siyasi müstəvidə olan yaxın dostluq və əməkdaşlıq münasibətləri vurğulanıb.
 
 Görüşdə Makedoniyada yaşayan Türklərin və Türkiyədə yaşayan Makedonya mənşəli vətəndaşların iki ölkəni bir-birinə daha da yaxınlaşdırdığı bildirilib.
 
 Görüşdə ikitərəfli əlaqələrin hər sahədə inkişaf etdirilməsi istiqamətindəki ortaq iradə  təsdiq edilib, regional əməkdaşlığa, bu istiqamətdə həyata keçirilən layihələrə, Bosniya və Herseqovinanın Avropa İttifaqı və NATO-ya inteqrasiya proseslərinə verilən dəstəyin davam edəcəyi qeyd edilib.
 
Әlaqәli Xәbәrlәr