Yens Stoltenberq Türkiyəyə rəsmi səfər edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq 16 apreldə Türkiyəyə rəsmi səfər edəcək.

949186
Yens Stoltenberq Türkiyəyə rəsmi səfər edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq 16 apreldə Türkiyəyə rəsmi səfər edəcək.
 
 Diplomatik mənbələrdən verilən məlumata görə, Stoltenberq dövlə başçısı Rəcəb Tayyib Ərdoğan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək.
 
 Görüşlərdə Türkiyə-NATO münasibətləri, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi"Zeytun Budağı" əməliyyatı, terrorla mübarizə, 2018-ci il  Brüssel sammitinə hazırlıqları və regional məsələlərin müzakirəsi gözlənilir.



Әlaqәli Xәbәrlәr