Türkiyə ABŞ və Rusiyanı təmkinli olmağa çağırdı

Türkiyə Amerika Birləşmiş Ştatları və Rusiyanı gərginliyin artdığı Suriyada təmkinli olmağa çağırdı.

949125
Türkiyə ABŞ və Rusiyanı təmkinli olmağa çağırdı

 Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli özəl televiziya kanalına müsahibə verdi.

Canikli müsahibəsində son günlərdə Suriyada artan gərginlikdən danışdı.
 
Müdafiə naziri Suriya məsələsində iştirak edən aktyorların  mənafelərinin toqquşduğunu vurğulayaraq:"Dar bir sahədir və hər növ qarşıdurmaya rəvac verə bilər. Beynəlxalq münasibətlərdə müəyyən bir nöqtədən sonra rasionallıq itir. Bir nöqtədən sonra məntiqli düşüncə aradan qalxır və müharibə çıxır" dedi.
 
  Canikli: "ABŞ-ın dəstəklədiyi qüvvələr Rusiyanın dəstəklədiyi qüvvələrə hücum etdiyi təqdirdə Rusiya və havadarları bunun altında qala bilməzlər. Əks halda güclərini itirərlər. Bu səbəbldən ciddi qarşıdurmalar olar. Bu təhlükə uzun zamandır mövcuddur və bundan sonra da davam edəcək" dedi.
 
 Bir qığılcımın bütün bölgənin partlayışı ilə nəticələnə biləcəyini qeyd edən müdafiə naziri:"Bu səbəbdən Türkiyə tərəfləri ilk növbədə, təmkinli olmağa,  Bəşər Əsəd rejimini isə terror təşkilatlarını dəstəkləməkdən imtina etməyə çağırır" dedi.



Әlaqәli Xәbәrlәr