Türkiyə Baş Nazirliyi Yunanıstan mətbuatında yer tutan xəbərləri təkzib etdi

Baş Nazirlik mənbələri Yunanıstan mətbuatında “Türkiyə Sahil Təhlükəsizliyi helikopterinə atəş açıldığı”na dair iddiaları təkiz etdi.

948317

Yunanıstanda mətbuat Əgə (Egey) dənizində On İki Ada bölgəsində, Karaadakı Yunanıstan əsgərlərinin aprelin 9-da yerli vaxtla saat 22.30-da Türkiyəyə məxsus bir sahil təhlükəsizlik helikopterinə izlənilən güllələrlə və zidd istiqamətdə xəbərdarlıq atəşi açdıqlarını iddia etmişdi.

Xəbərlərdə Karaadadakı yunan əsgərlərinin bölgədə bir helikopter uçduğunu gurultu səsindən anlayaraq yüksək səviyyədəki rəsmilərə bildirdikləri və Türkiyəyə məxsus helikopterə  xəbərdarlıq atəşi açılması barədə təlimat aldıqlarını ürəli sürmüşdü.

Həmin iddialar Türkiyə Baş Nazirliyi mənbələri tərəfindən təkzib edildi.

Әlaqәli Xәbәrlәr