Türkiyə, İsrailə sərt reaksiya verib

Fələstinlilərin Torpaq Günü münasibətiylə təşkil etdikləri sülh məramlı nümayişlərə istiqamətli İsrail hücumlarına Türkiyə sərt reaksiya verib. Beynəlxalq cəmiyyətə çağırş edib ki, bu ölkəyə qarşı ortaq addım atılsın.

947343
Türkiyə, İsrailə sərt reaksiya verib

Türkiyənin Xarici işlər nazirliyindən verilən yazılı bəyanatda: “Fələstinlilərin Torpaq Gününün 42-cı il dönümündə 30 Mart tarixindən etibarən mühasirə altındakı Qəzza Zolağının İsrail sərhədində təşkil etdikləri sülh məramlı nümayişlər zamanı onlarla məsum Fələstinlinin həyatını itirməsinə və minlərlə adamın yaralanmasına səbəb olan İsrail hücumlarını şiddətlə qınayırıq. Hücumlarda həyatlarını itirənlərin ailələrinə başsağlı verir yaralılara təcili şəfa arzulayırıq. Bütün xəbərdarlıqlara baxmayaraq beynəlxalq hüququ heçə sayaraq vəzifələrini icra edən jurnalistləri belə hədəf almaqda imtina etməyən İsrailə qarşı beynəlxalq cəmiyyətin ortaq addım atmasını gözləyirik” deyə XİN-in bəyanatında vurğulanıb.



Әlaqәli Xәbәrlәr