Rәcәb Tayyib Әrdoğan YPG/PKK-ya dәstәk verәn Fransanı bir daha tәnqid edib

Türkiyәnin dövlәt başçısı vә Әdalәt vә İnkişaf Partiyasının sәdri Rәcәb Tayyib Әrdoğan partiyasının Dәnizli şәhәrindә keçirilәn konqresindәn әvvәl xalqa müraciәt edib.

946761
Rәcәb Tayyib Әrdoğan  YPG/PKK-ya dәstәk verәn Fransanı bir daha tәnqid edib

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  separatçı terror tәşkilatı YPG/PKK-ya dәstәk verәn Fransanı bir daha tәnqid edib.

Türkiyәnin dövlәt başçısı vә Әdalәt vә İnkişaf Partiyasının sәdri Rәcәb Tayyib Әrdoğan partiyasının Dәnizli şәhәrindә keçirilәn konqresindәn әvvәl xalqa müraciәt edib.

Dövlәt başçısı çıxışında terrorla mübarizәyә toxunub.

Rәcәb Tayyib Әrdoğan Türkiyә Silahlı Qüvvәlәrinin Suriyanın Afrin bölgәsindә apardığı  ‘‘Zeytun Budağı’’ әmәliyyatı nәticәsindә indiyәdәk 4 min terrorçunun zәrәrsizlәşdirilkdiyini deyib.

Terrorçuların Fransaya aid sement şirkәtindәn aldıqları sementlә tunellәr inşa etdiyini bildirәn Әrdoğan deyib: ‘‘ Fransa terrorçulara dәstәk verir vә daha sonra onları Yelisey Sarayında qәbul edir. Bunun hesabını verә bilmәyәcәksiniz. Bu terror bәlasından xilas ola bilmәyәcәksiniz. Hazırda terrorçuların Almaniyada nә etdiyini görürsünüz. Fransada da belә hadisәlәr baş verәcәk. Qәrb ölkәlәri terrorçuları  dәstәklәmәyә davam edәrsә batacaqlar’’.

 



Әlaqәli Xәbәrlәr