Binəli Yıldırım: "Türkiyə məzlumlara yardım əlini uzadır"

Türkiyənin Baş naziri Binəli Yıldırım qərb ölkələrinin dünyanı müstəmləkəyə çevirmək istədiklərini, Türkiyənin isə məzlumlara yardım əli uzatdığını vurğuladı.

946067
Binəli Yıldırım: "Türkiyə məzlumlara yardım əlini uzadır"

Türkiyənin Baş naziri Binəli Yıldırım rəsmi görüşlər keçirmək üçün getdiyi Monqolustanın paytaxtı Ulanbatorda Monqolustannın baş naziri Xurelisuk Uxna (Khurelsukh Ukhnaa) ilə görüşdü.
 
 Yıldırım görüşdə iki ölkə arasında 30 milyon dollarlıq ticarət həcminin qısa müddətdə 300 milyon dollara çıxarılmasının vacibliyini qeyd etdi.
 
 Baş nazirlər görüşdən sonra ölkələri arasında bağlanan müqavilələlərin imzalanma mərasimində iştirak etdilər.
 
 Monqolustan ilə Türkiyə arasında kənd təsərrüfatı, nəqliyyat və kommunikasiya texnologiyaları, fövqəladə vəziyyətin idarəsi, miqrasiya, xaricdə yaşayan Türklər və əqraba topluluqlar, kitabxanaçılıq və iqtisadiyyat sahələrində müqavilələrə imza atıldı.
 Binəli Yıldırım  Monqolustan prezidenti Xaltma Battulqa (Khaltma Battulga) və parlament  sədri Miyeqombo Enxbold (Miyegombo Enkhbold) ilə də ayrı-ayrılıqda görüşdü.
 Monqolustan Dövlət Milli İdarəetmə Akademiyası Binəli Yıldırıma fəxri doktor adı verilməsi münasibətilə mərasim təşkil etdi.

Türkiyənin Baş naziri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Monqolustan layihələrinin açılış mərasimində iştirak etdi.
 
 TİKA-nın Monqolustanda həyata keçirdiyi sərmayələrin 40 milyon dollar ətrafında olduğunu bildirən Yıldırım Agentliyin ölkədə bu günə qədər 550-dən çox layihə və fəaliyyətə imza atdığını qeyd etdi.
 
 Türkiyənin dünya miqyasında göstərdiyi yardımların insan üzərində mərkəzləşdiyini vurğulayan Yıldırım: "Orta Şərqə gələn ölkələrin gözlərinə baxdığınızda "neft" görürsünüz. Bu ölkələrin Afrikada gözlərinə baxdığınızda almaz, mədən, qaz görürsünüz, insanı görmürsünüz. Suriyada bir çox dövlət, minlərlə kilometr uzaqlardan gəlib güc savaşı nümayiş etdirdiyi halda, Türkiyə :"İnsanı yaşat ki, dövlət yaşasın, dünyada sülh olsun" təfəkkürü ilə mübarizə edir" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr