Suriya mövzulu üçtərəfli sammit Ankarada başladı

Türkiyə-Rusiya-İran dövlət başçılarının iştirakı bu gün Ankarada üçtərəfli sammit keçiriləcək. Zirvə toplantısında Suriya mövzusu müzakirə edilir.

944336
Suriya mövzulu üçtərəfli sammit Ankarada başladı

Prezident administrasiyasında keçirilən sammitdə prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak edir.

Siyasi mənbələrin yaydıqları məlumata görə, zirvə toqlantısının ərəfəsində yüksək səviyyəli rəsmilərin iştirakı ilə ötən gün təşkil edilən iclasda sammitin sonunda açıqlanacaq bəyannamə ilə əlaqəli işlər edilib. Bəyannamədə Suriyada mövcud atəşkəsin davamı, Suriyanın ərazi bütövlüyü və atəşkəs pozuntularının qarşısının alınması kimi mövzulara təkid edilməsi gözlənir.

Qeyd edək ki, yüksək səviyyəli məmurlar konfransında atılası addımlar ilə bağlı iştirakçı ölkələrin bildirəcəkləri təkliflər, bu gün Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin etdiklǝri  toplantıda müzakirə olunub.

"Türkiyə-Rusiya-İran üçtərəfli sammiti" nə ev sahibliyi edən prezident Ərdoğan  yığıncaqdan sonra  Ruhani və Putin ilə birgə mətbuat konfransı təşkil edəcək.

Ərdoğan, Putin və Ruhaninin iştirakı ilə 22 noyabda Soçi şəhərində "Suriya" mövzulu  üçtərəfli  sammit  keçirilmişdi.



Әlaqәli Xәbәrlәr