Binəli Yıldırım: "Türkiyə ali təhsil üzrə dünyada ikinci yerdədir"

Yıldırım paytaxt Ankarada Milli Təhsil Nazirliyində təşkil olunan Xaricdə  Magistratura Təhsili Təqaüd Proqramında etdiyi çıxışında ibtidai  təhsil nisbətinin 100%, orta təhsil nisbətinin 83 %, ali təhsildə isə 43 % olduğunu bildirdi.

944382
Binəli Yıldırım: "Türkiyə  ali təhsil üzrə dünyada ikinci yerdədir"

Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyənin universitet təhsilində ikinci yerdə olduğunu söylədi.
 
 Yıldırım paytaxt Ankarada Milli Təhsil Nazirliyində təşkil olunan Xaricdə  Magistratura Təhsili Təqaüd Proqramında etdiyi çıxışında ölkədə ibtidai  təhsil nisbətinin 100%, orta təhsil nisbətinin 83 %, ali təhsil nisbətinin isə 43 % olduğunu bildirdi.
 
 2002-ci ildə 76 olan universitet sayının bu gün 186-ya çatdığını qeyd edən Yıldırım  yaxın zamanda 10 universitetin də açılacağı barədə müjdə verdi.
 
 Türkiyənin dünyada ali təhsildə ikinci yerdə olduğunu vurğulayan baş nazir  birinci yerdə Yunanıstanın olduğunu söylədi.
 
 



Әlaqәli Xәbәrlәr