Ərdoğan, Putin və Ruhani Ankarada bir araya gələcək

Türkiyə Dövlət Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə...

941607
Ərdoğan, Putin və Ruhani Ankarada bir araya gələcək

  Suriya mövzusuyla bağlı üçlü zirvə toplantısı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə aprelin 4-də Ankarada keçiriləcək.

  Türkiyə Dövlət Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, Rusiya-Türkiyə Yüksək Səviyyəli İşbirliyi Şurasının VII iclası Ərdoğan və Putinin rəhbərliyi və əlaqədar nazirlərin iştirakı ilə 3 apreldə Ankarada olacaq. İclasda Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin bütün aspektləri geniş şəkildə müzakirə ediləcək, həmçinin regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

  V.Putinin səfəri çərçivəsində həmin gün Akkuyu Nüvə Stansiyasının da  rəsmi təməlqoyma mərasimi keçiriləcək.

  Bir gün sonra - aprelin 4-də Ərdoğan, Putin və Ruhaninin iştirakı ilə Suriya mövzusunda üçlü zirvə toplantısı olacaq.  

  Ərdoğan və Ruhani arasında da ikitərəfli görüş keçiriləcək.



Әlaqәli Xәbәrlәr