Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fransa prezidentinə sərt reaksiya göstərdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyətini qəbul etməsinə sərt reaksiya verib.

941102
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fransa prezidentinə sərt reaksiya göstərdi

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyətini qəbul etməsinə sərt reaksiya verib.

Ərdoğan Ədalət və İnkişaf Partiyasının vilayət təşkilatlarının rəhbərləri ilə görüşündə deyib ki, terror təşkilatını yüksək səviyyədə qonaq edənlər bunun Türkiyəyə qarşı düşmənçilik mənası daşıdığını bilməlidir: “Ey Qərb! Sizin SDQ dediyiniz Suriya Demokratik Qüvvələri PKK terror təşkilatının aynasıdır. Guya onlar PKK deyilmiş. Bununla bizi aldatmağa çalışırsınız, halbuki biz onların hamısının təməlini bilirik. Hamısının kimliyi, ünvanları bizdə var. Deyirlər YPG-yə dəstək təminatı verdik. Sözə bax. Türkiyə ilə SDQ arasında vasitəçilik edə biləcəklərinə dair yayılan xəbər əgər doğrudursa, bunu söyləyən şəxsin həddini və boyunu açan bir sözdür bu. Bizim vasitəçiyə ehtiyacımız yoxdur. Türkiyə nə zamandan bəri terror təşkilatları ilə masaya oturub? Bunu haradan çıxarırsınız? Siz terror təşkilatı ilə masaya otura bilərsiniz, amma Türkiyə terror təşkilatları ilə Afrində olduğu kimi mübarizə aparır. Siz kimsiniz ki, bir terror təşkilatı ilə Türkiyə arasında vasitəçilik ifadəsini ağzınıza alırsınız? Bunların dostu YPG bölgəmizdəki ən əliqanlı, ən əxlaqsız, insanlıq düşməni terrorçu təşkilatdır. Bu hərəkətindən sonra Fransanın heç bir terrorçudan, terror aksiyasından şikayət etməyə haqqı qalmayıb. Terrorçularla yatıb-qalxan, hətta onları saraylarda qonaq edənlər səhvlərini tez-gec anlayacaqlar. Suriyada canını qurtaran terrorçular ora doluşduqda ümid edirik ki, bizdən yardım istəməzlər”.   

Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin tərkibində PKK terror təşkilatının Suriya qolu YPG də təmsil olunur.

Dövlət başçısı Ərdoğan İraqda da terror təşkilatının fəaliyyətlərinə son qoyulmasının vacibliyini vurğulayaraq bildirib ki, İraqda Sincarla əlaqəli fərqli şəylərdən danışılır. Nə üçün gündəmə gəldi Sincar (PKK-nın üzərinə götürdüyü) Kandilin alternatividir. Tarix elan edərək bu işlər olmaz. İraq hökumətinə deyirik, bu addımı atmaq istəyirsinizsə atın, İraq ilə bu məsələdə birgə addım atmağa hazırıq. PKK ilə PYD-ni eyni görməyən, DEAŞ ilə mübarizəni YPG ilə mübarizə kimi qəbul etməyən yanaşmalara qapımız bağlıdır. Biz terrorçulara ad qoymaqla deyil, onlarla mübarizə aparıb məhv etməklə maraqlanırıq.

Dövlət başçısı Ərdoğan Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsindəki “Zeytun budağı” əməliyyatının uğurlu şəkildə aparılmaqda davam etdiyini bildirərək, zərərsizləşdirilən terrorçu sayının 3 min 800 olduğunu söyləyib.

Ərdoğan Suriya ilə əlaqəli olaraq isə deyib ki, Afrin şəhər mərkəzinə nəzarətin ələ keçirilməsilə əməliyyatın hədəfləri böyük miqyasda reallaşdı. İndi Tel Rıfat başda olmaqla bölgəyə nəzarətin ələ keçirilməsi üçün əməliyyatı davam etdiririk.

Ərdoğan “Münbiçdə bizə verilən vədlər var. Oradan hərəkətlə bu görüşləri keçiririk. ABŞ-ın sabiq prezidenti Barak Obamadan tutun indiyədək Obamanın şəxsən mənə verdiyi vədlər var: “terror təşkilatı YPG/PYD-ni Fərat çayının şərqinə göndərəcəyik.” Buraya bölgənin gerçək əhalisini göndərəcəyik, onlar ərəblərdir. Burada yaşayanların 90 faizi ərəblərdir. Buraya onları dolduraraq yerli əhalini oradan çıxardılar. Eyni şəyi ABŞ-ın sabiq Dövlət katibi Reks Tillersona söylədik, təklifi daha fərqli oldu: “Şimal sizdə cənub bizdə qalsın.” Ona “nə üçün sizdə bizdə qalır, buranın sahibi bəllidir dedim.” Gec də olsa vədlərin yerinə yetirilməsini gözləyirik” deyə bildirib.

“Sərhədlərimizdə terrorçu ünsürlərin olmasına tolerant göstərə bilmərik. Müttəfiq ölkələrin əsgərlərinə zərər vermək kimi bir niyyətimiz yoxdur. Amma terrorçulara icazə vermərik. Müəyyənləşdirdiyimiz hər bir terrorçunu zərərsizləşdirmək məsuliyyətimizin şərtidir. Yerinə yetirməsək bunu millətimizə izah edə bilmərik” deyə Dövlət başçısı Ərdoğan vurğulayıb.



Әlaqәli Xәbәrlәr