Rәcәb Tayyib Әrdoğan vә Vladimir Putin arasında telefon danışığı olub

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

938884
Rәcәb Tayyib Әrdoğan vә Vladimir Putin arasında telefon danışığı olub

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan vә Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barәdә Dövlәt Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata görә, telefon danışığı zamanı Rәcәb Tayyib Әrdoğan Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğınla əlaqədar Putinə başsağlığı verib.

Görüşdә iki ölkə arasında münasibətlərin hər sahədə genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Tәrәflәr  aprelin 4-də Ankarada Türkiyə, Rusiya və İran liderlərinin qatılacağı zirvə toplantısı ilə bağlı fikir mübadiləsi də aparıblar. Zirvə toplantısında Suriyadakı vəziyyət müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr