"Türkiyə ilə İttifaq arasındakı problemlər Aİ-dən mənbələnən siyasi maneələrdir", B.Yıldırım

Varnada keçirilən yığıncaqda Avropa İttifaqının (Aİ) Türkiyəyə qarşı yanaşmasının ədalətli zəminə yerləşəcəyinə dair bir işarə görmədik.

938604
"Türkiyə ilə İttifaq arasındakı problemlər Aİ-dən mənbələnən siyasi maneələrdir", B.Yıldırım

Varnada keçirilən yığıncaqda Avropa İttifaqının (Aİ) Türkiyəyə qarşı yanaşmasının ədalətli zəminə yerləşəcəyinə dair bir işarə görmədik.

Bunu Baş nazir Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinin qrup yığıncağında etdiyi çıxışda deyib.  

Varnada keçirilən toplantıya toxunan Baş nazir bildirib ki, Türkiyə ilə İttifaq arasındakı problemlər Aİ mənbəli siyasi maneələrdir.

Yıldırım Aİ-dən mənbələnən problemlər səbəbindən aradakı etimadın azaldığını qeyd edib.

Türkiyənin Suriya və İraqdakı daxili münaqişələrə görə baş verən miqrant axını barədə 18 mart 2016-cı ildə Aİ ilə saziş imzalandığına toxunan baş nazir Türkiyənin üzərinə düşəni yerinə yetirdiyini, Aİ-nin isə heç bir mövzuda üzərinə düşəni yerinə yetirmədiyini söyləyib.

Yıldırım 15 iyul 2016-cı ildə Fətullahçı terror təşkilatı FETÖ-nün xain çevriliş cəhdi və sonrakı prosesdə də Aİ-nin Türkiyəyə kafi dərəcədə dəstək vermədiyini,əksinə Türkiyənin gördüyü tədbirləri İttifaqa üzvlük mövzusunda bəhanə kimi irəli sürdüyünü dilə gətirib.

“Vəziyyət bu minvalda ikən Varnada yığıncaq keçirildi. Biz hər kəsə olduğu kimi Aİ-yə qarşı da həmişə açıq və dürüst rəftar etdik. Varnada da eynisi etdik. Bütün həqiqətləri Dövlət başçımız Ərdoğan tərəf-müqabilimizin üzünə bir daha söylədi. Sənədləri, məlumatları onlara təqdim etdi. Bunlara baxmayaraq Varnada keçirilən yığıncaqda Aİ-nin ölkəmizə qarşı yanaşmasının ədalətli bir zəmində olacağına dair işarə görmədik”-deyə Baş nazir Yıldırım vurğulayıb.



Әlaqәli Xәbәrlәr