Almaniya vətəndaşı "terror təşkilatına yardım" maddəsilə həbs olundu

Patrik Kraicker yoxlanılarkən üzərində terror təşkilatı PYD/PKK-YPG-yə aid təşkilati fotoşəkillər və rəqəmsal materiallar ələ keçirilib.

938832
Almaniya vətəndaşı "terror təşkilatına yardım" maddəsilə həbs olundu

  Türkiyənin Şırnak şəhərinin Silopi rayonunda terror təşkilatı PYD/PKK-YPG-yə qatılmaq üçün Suriyaya keçmək ərəfəsində sərhəddə saxlanılan Almaniya vətəndaşı Patrik Kraiker həbs olundu.

  28 yaşlı Kraiker 14 martda Silopi rayonunun sərhəd hissəsindən Suriyaya keçmək ərəfəsində təhlükəsizlik qüvvələrinin əsgəri qadağa regionunda yaxalanıb.

  Patrik Kraicker yoxlanılarkən üzərində terror təşkilatı PYD/PKK-YPG-yə aid təşkilati fotoşəkillər və rəqəmsal materiallar ələ keçirilib. Şübhəlinin Suriyadakı terrorçularla əlbir olduğu müəyyənləşdirilib.

  Şırnak Polis İdarəsi Terrorla Mübarizə Şöbəsində alınan ifadəsində Almaniya ordusunda 4 il xidmət etdiyini söyləyən Kraiker terror təşkilatı PYD/PKK-YPG-də iştirak etmək üçün Suriyaya getməyə çalışdığını etiraf edib.

  Aparılan araşdırmada Patrik Kraikerin bundan əvvəl 2 dəfə Türkiyəyə daxil olduğu da müəyyənləşdirilib.

  P.Kraiker Polis İdarəsindəki istintaqdan sonra sövq edildiyi mahkəmədə "terror təşkilatına yardım və vasitəçilik" maddəsilə təqsirli bilinərək həbs olunub.



Әlaqәli Xәbәrlәr