PKK-lı 3 terrorçu zərərsizləşdirildi

İraqın Haftanin bölgəsindəki terror təşkilatı PKK-lı terrorçu qrupa silahlı pilotsuz uçuş aparatı (SPUA) ilə edilən müdaxilədə 3 terrorçu zərərsizləşdirilib.

937371
PKK-lı 3 terrorçu zərərsizləşdirildi

İraqın Haftanin bölgəsindəki terror təşkilatı PKK-lı terrorçu qrupa silahlı pilotsuz uçuş aparatı (SPUA) ilə edilən müdaxilədə 3 terrorçu zərərsizləşdirilib.

Türkiyənin Şırnak Valiliyi tərəfindən verilən açıqlamaya görə, İraq sərhəd məntəqəsinin 5 km daxilində Haftanin bölgəsindəki dırnaqarası Bektorya təlim düşərgəsi bölgəsində pilotsuz uçuş aparatı  ilə bir sığınacaqda 4 PKK-lı terrorçu aşkarlanıb.

Top atəşi ilə dəstəklənən əməliyyat nəticəsində bölgəyə göndərilən SPUA ilə sığınacaq çində 3 PKK-lı terrorçu zərərsizləşdirilib.

Mardin Darkeçid qəsəbəsi ərazilərində aparılan əməliyyatda da PKK-lı üç terrorçu silahları ilə birlikdə zərərsizləşdirildi.

Bölgədə axtarış fəaliyyətləri davam edir.



Әlaqәli Xәbәrlәr