"Türkiyə heç bir demoqrafik dəyişiklik işinin tərkib hissəsi deyil", İ.Kalın

İbrahim Kalın “Daily Sabah” qəzetində dərc olunan yazısında Zeytun Budağı Hərəkatını qiymətləndirib.

936616
"Türkiyə heç bir demoqrafik dəyişiklik işinin tərkib hissəsi deyil", İ.Kalın

  Türkiyə Dövlət Aparatı sözçüsü İbrahim Kalın Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində davam etdirilən Zeytun Budağı Hərəkatının sülhün qələbəsi, terrorun məğlubiyyəti olduğunu söyləyib.  

  İbrahim Kalın “Daily Sabah” qəzetində dərc olunan yazısında Zeytun Budağı Hərəkatını qiymətləndirib.

  Məqalədə 20 yanvardan başlayan hərəkatın Afrini almaqla gərgin mərhələyə keçdiyini İ.Kalın bu sözlərlə ifadə edib:

  Bölgənin PKK/PYD faktorlarından təmizlənməsi terrorla mübarizədə böyük uğur və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlik əhəmiyyətli bir addım olaraq dəstəklənməlidir. Ancaq bəziləri Türkiyənin qələbəsindən və PKK-nın məğlubiyyətindən narahat olur. Beləliklə, bəzi Qərb dairələrinin düşüncə tərzində problemlərini açıq şəkildə görmüş oluruq…

  Türkiyənin separatçı terror təşkilatı məsələsindəki mövqeyi qətidir. Bu qruplar eynilə DEAŞ kimi terror təşkilatıdır. Kürdləri təmsil iddiasında olan bu Marksist-Leninçi terror təşkilatına qarşı bir çox cəbhədə mübarizə aparırıq. Türkiyənin DEAŞ-la mübarizəsi müsəlmanlara və ərəblərə qarşı olmadığı kimi, PKK ilə mübarizəsi də kürdlərə qarşı deyil…

  Afrin əməliyyatının sürətlə və uğurlu şəkildə tamamlandı. İnsanlar, şəhər və qəsəbələrin ziyan görmədi, humanitar böhran baş vermədi. Artıq vətəndaşlar evlərinə dönməyə başlayır.

  Türkiyə heç bir zaman demoqrafik dəyişiklik işinin tərkib hissəsi deyil."



Әlaqәli Xәbәrlәr