Türkiyə - Avrupa İttifaqı Sammiti ərəfəsində hazırlıq iclası keçirildi

Bolqarıstanın Varna şəhərində martın 26-də toplanacaq Türkiyə - Avropa İttifaqı Sammiti ərəfəsində paytaxt Ankarada hazırlıq iclası keçirilib.

935671
Türkiyə - Avrupa İttifaqı Sammiti ərəfəsində hazırlıq iclası keçirildi

  Türkiyənin Avropa İttifaqı üzrə naziri və Baş məsləhətçizi Ömər Çelikin sədrliyi və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə edilən toplantıda hər iki nazirliyin müavin, müşavir və yüksək səviyyəli məmurları da olub.

  İclasda sammitdə müzakirə olunacaq məsələlər və izlənəcək yol müzakirə edilib.

  Qeyd edək ki, 26 martda Varnada Bolqarıstanın Avropa İttifaqı dövri sədrliyilə keçiriləcək Türkiyə - Avropa İttifaqı Zirvə Toplantısında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Aİ Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker əsas qonaq qismində iştirak edəcəklər.

  Sammitdə Türkiyə - Aİ əlaqələri başda olmaqla iqtisadiyyat, ticarət, təhlükəsizlik, terrorizmlə mübarizə, xarici siyasət, Fələstin, Balkanlar, Suriya, Arakan, İraq, Liviya kimi regional məsələlər müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr