Telefon danışığında ikitərəfli münasibətlər və regional məsələlərdən danışıldı

Türkiyənin dövlət başçısı amerikalı həmkarı ilə danışdı.

935609
Telefon danışığında ikitərəfli münasibətlər və regional məsələlərdən danışıldı

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla telefonda danışıb.

  Dövlət Aparatı sözçüsü İbrahim Kalının bildiridiyinə görə, söhbət zamanı ikitərəfli və regional məsələlər müzakirə olunub.

  R.T.Ərdoğanla D.Trampın dünən axşam telefon danışığı ilə bağlı digər açıqlama da Ağ Evdən gəlib. Məlumatda bildirilib ki, “Əlaqələrə təsir edən məsələlərin müzakirəsində strateji və yaxın əməkdaşlığın gücləndirilməsində razılığa gəlindi”.



Әlaqәli Xәbәrlәr