Müttəfiqlər məsələyə hələ də terror təşkilatlarının gözü ilə baxır

Türkiyə Almanya kansleri Anqela Merkelin Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı Zeytun Budağı Hərəkatıyla bağlı sözlərinin qəbuledilməz olduğu bildirilib.

934888
Müttəfiqlər məsələyə hələ də terror təşkilatlarının gözü ilə baxır

    Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir:

  “Zeytun Budağı Hərəkatının terrorizmlə mübarizənin vətəndaşlara zərər vermədən necə aparılma məsələsini yaxşı bilirik. Afrində ələ keçirilən və ictimaiyyətə müntəzəm olaraq paylaşılan görüntülər hərəkat əleyhinə aparılan qara təbliğat xarakteri daşıyır. Afrin xalqı üçün separatçı terror təşkilatı PKK-nın bölgədəki davamı PYD/YPG tərəfindən döşənən mina və partlayıcı maddələrdən başqa heç bir təhlükə yoxdur. Bunlar da sürətlə təmizlənir, təhlükəsizlik və sabitlik təsis olunur.

  Almanya Federativ Respublikasının kansleri A.Merkelin Federal Məclisindəki müraciətində Zeytun Budağı Hərəkatı haqqında həqiqətə yaxın olmayan, dezinformasiyaya söykənərək etdiyi bədbəxt açıqlamanı qəbuledilməz hesab edirik. Türkiyə Zeytun Budağı Hərəkatı ilə məqsədi həm özünümüdafiə hüququndan istifadə edərək milli təhlükəsizliyini qorumaq, həm də Afrini terrorçuların əlindən xilas edərək həqiqi sahiblərinə qaytarmaqdır. Amma bəzi müttəfiqlərimiz məsələyə hələ də terror təşkilatlarının gözü ilə baxma tendensiyasını davam etdirir. Müttəfiqlərimizə terroru dəstəkləmək yerinə ölkəmizlə yaxın əlaqə və məşvərət içində Suriyada tam sülh, təhlükəsizlik və sabitliyin yaranması üçün səy göstərməyə dəvət edirik".



Әlaqәli Xәbәrlәr