Türkiyə ABŞ-na reaksiya göstərdi

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy ABŞ Dövlət Departamentinin sözçüsü Hizır Noertin (Heather Nauert) Suriyanın Afrin bölgəsilə bağlı bəyanatına reaksiya göstərdi.

933286
Türkiyə ABŞ-na reaksiya göstərdi

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy ABŞ Dövlət Departamentinin sözçüsü Hizır Noertin (Heather Nauert) Suriyanın Afrin bölgəsilə bağlı bəyanatına reaksiya göstərdi.  

Hami Aksoy bildirdi ki, ABŞ rəsmiləri “Zeytun budağı” əməliyyatının səbəbini, məqsədini və möhdəvasını hələ də dərk edə bilməyiblər və təəssüf ki, dərk etmək istəmirlər. Noertin sözləri bunu sübuta yetirir. “Zeytun budağı” əməliyyatı terrorla mübarizə hərəkatıdır.

“Əməliyyat qətiyyətli şəkildə sivil xalqı hədəf götürməmişdir, əksinə mülki şəxsləri bir terorr təşkilatının təzyiq və zülmündən xilas etməyi məqsəd götürmüşdür. Həmçinin sivillərin zərər görməməsi üçün vacib olan bütün tədbirlər görülmüş, dinc əhaliyə humanitar yardım çatdırılmasına imkan yaradılmışdır”-deyə Aksoy vurğulayıb.

Hami Aksoy qeyd edib ki, Afrində terrorçulara qarşı aparılan əməliyyatın DEAŞ ilə mübarizəyə zərər verəcəyi iddiası da əsassızdır. Suriyada terrorla mübarizəyə zərər verən yanaşma, terrorçu bir qrupa qarşı başqa bir terror təşkilatından istifadə edilməsi və bu terrorçu qrupun öz separatçı gündəmini gücləndirərək sahədə məqsədinə nail olmasına, demoqrafik dəyişikliklər etməsinə göz yumulmasıdır.

Qeyd edək ki, Hizır Neort Türkiyə Silahlı Qüvvələrinin bazar günü Afrini terrorçulardan təmizləməsindən sonra verdiyi bəyanatda “son 48 saatda baş verənlər qarşısında narahat olduqlarını” söyləmişdi.



Әlaqәli Xәbәrlәr