Türkiyə 2018-ci ildə ən azı 38 milyon turist gözləyir

Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş "Zeytun Budağı" əməliyyatının Türkiyə turizminə mənfi təsir göstərmədiyini bildirdi.

932941
Türkiyə 2018-ci ildə ən azı 38 milyon turist gözləyir

 Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş Ankarada Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı "Zeytun Budağı" əməliyyatının Türkiyə turizminə mənfi təsir göstərmədiyini bildirdi.
 
Kurtulmuş: "Əməliyyatın  uğuru Türkiyənin təhlükəsiz bir yer olması hissini artırır" dedi.
 
 Türkiyənin 2018-ci il üçün turist hədəfinin ən az 38 milyon olduğunu vurğulayan Kurtulmuş sektor təmsilçilərinin təxminin daha yüksək olduğunu qeyd etdi.
 
 2018-ci ildə Rusiyadan 6, Almaniyadan da 5 milyon turistin gəlməsi gözlənilir.
 
 2017-ci ildə 32 milyon 400 min xarici turist qəbul edən Türkiyənin gəliri  26.5 milyard dollar  idi.
 
Numan Kurtulmuş bu göstəricilərin turizm sektorunun böhranlara davamlı olduğunu göstərən bir nəticə olduğunu dedi.
 
 



Әlaqәli Xәbәrlәr