"Afrində hazırda nəzarət ələ keçirilib, ancaq işimiz hələ başa çatmayıb", B.Bozdağ

Baş nazirin müavini Bəkir Bozdağ mətbuat konfransında jurnalistlərə Afrində hazırda nəzarətin ələ keçirildiyini, ancaq işlərin hələ başa çatmadığını bildirib.

932913
"Afrində hazırda nəzarət ələ keçirilib, ancaq işimiz hələ başa çatmayıb", B.Bozdağ

“Türkiyə əsgəri Afrində nəzarəti ələ keçirdi, ancaq bölgədə hələ görülməli çox iş var”.

Bunu Baş nazirin müavini Bəkir Bozdağ mətbuat konfransında jurnalistlərə deyib.

Suriyanın Afrin qəsəbəsinin Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən terror təşkilatı PKK/PYD-YPG və DEAŞ-dan xilas etməsinə toxunan Bozdağ bildirib ki, Afrində hazırda nəzarət ələ keçirilib, ancaq işimiz hələ başa çatmayıb. 

Afrində binalardan birində baş verən partlayış nəticəsində 7 sivil və 4 ASO əsgərinin həyatını itirməsini də dilə gətirən Bozdağ deyib ki, terrorçuların  qaçmadan əvvəl bölgəni minaladıqları məlumumuzdur. İlkin planda o bölgədəki bütün sahələrin minalardan təmizlənməsi, partlayıcı və oxşar təhlükələr yaradacaq hallardan təmizlənməsi lazımdır.

Afrin bölgəsinə istiqamətli əməliyyatın sadəcə bölgəni PKK/PYD-YPG və DEAŞ mənsubu terrorçulardan təmizləmə hədəfilə məhdud olmadığını vurğulayan Bozdağ qeyd edib ki, bu hədəflərdən biri idi. Əngönəmli hədəf isə budur ki, bölgədə bir terror koridoru və terror dövləti yaradılması layihəsini məhv etməkdir. “Zeytun budağı” əməliyyatı dünən əldə edilən son uğurlarla yanaşı terror koridoru və terror dövləti yaratma lüyihəsini məhv etmişdir. Bu əməliyyat zamanı məbədlərə, məktəplərə, xəstəxanalara, dinv əhalinin sıx yaşadığı yerlərə zərər verilməmişdir.



Әlaqәli Xәbәrlәr