"Atrıq Afrinin mərkəzində də Türkiyə bayrağı dalğalanır", R.T.Ərdoğan

R.T.Ərdoğan 18 Mart Stadionu və Şəhidlər Abidəsi önündə keçirilən 18 Mart Şəhidləri Anma günü və Çanaqqala Qələbəsinin 103-cü ildönümü mərasimində Afrin mövzusuna da toxunaraq deyib...

932147
"Atrıq Afrinin mərkəzində də Türkiyə bayrağı dalğalanır", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Çanaqqala Qələbəsinin 103-cü ildönümü mərasimlərində iştirak edir.  

  R.T.Ərdoğan 18 Mart Stadionu və Şəhidlər Abidəsi önündə keçirilən 18 Mart Şəhidləri Anma günü və Çanaqqala Qələbəsinin 103-cü ildönümü mərasimində Afrin mövzusuna da toxunaraq deyib:

  “Afrinin şəhər mərkəzi də Türkiyə Silahlı Qüvvələrinin dəstəyilə Azad Suriya Ordusu tərəfindən bu gün səhər (18.III.2018) saat 8:30-dan etibarən tamamilə nəzarət altına alınıb. Artıq Afrinin mərkəzində də terror təşkilatının tör-töküntüləri deyil, əmin-amanlığın və etimadın simvolları dalğalanır. Hazırda orada Türkiyə bayrağı dalğalanır, Azad Suriya Ordusunun bayrağı dalğalanır. Qəhrəman əsgərlərimizə minnətdarlığımı bildirirəm. Azad Suriya Ordusuna da öz millətim adından minnətdarlığımı bildirirəm. Nəhayət, afrinli qardaşlarımız evlərinə qayıdacaq.

  Terror dəhlizi zənciri hələlik 4 nöqtədən qırılıb.

  Türkiyə olaraq dünən Çanaqqalada hansı həyəcan, hansı qətiyyət və hansı inamla mübarizə aparmışıqsa, bu gün də sərhədlərimiz daxilində və xaricində eyni şəkildə bir mübarizə aparırıq.”


Etiketlәr: #Afrin Ərdoğan

Әlaqәli Xәbәrlәr