"Radio Kurdi" Afrin xalqına qardaşlıq ismarıcı göndərir

TRT-nin "Radio Kurdi" kanalı Suriyanın Afrin xalqına müraciət edərək, bölgə xalqına qardaşlıq ismarıcı göndərir.

931628
"Radio Kurdi" Afrin xalqına qardaşlıq ismarıcı göndərir

TRT-nin "Radio Kurdi" kanalı Suriyanın Afrin xalqına müraciət edərək, bölgə xalqına qardaşlıq ismarıcı göndərir.
 
 Suriyanın şimalında yerləşən Afrinin YPG/PKK və DEAŞ terrorçularından azad edilməsi üçün "Zeytun Budağı" əməliyyatının davam etdiyi bir zamanda Türkiyə Radio Televiziya Qurumunun (TRT) "Radio Kurdi" kanalı Afrinin xarici aləmlə əlaqəsi məhdud olan vətəndaşlarının əməliyyatla bağlı doğrü şəkildə məlumatlandırılmasına dəstək verir.
 
 "Radio Kurdi"də martın 5-də başlayan "Afrinin Səsi" adlı proqramda Afrin xalqı imperialist qüvvələrin əlaltısı olan terror təşkilatlarına inanmamağa və Türkiyənin ədalətinə etibar etməyə çağırılır.
 
Yayımlarda  Afrində  dinc əhalinin terror təşkilatları tərəfindən canlı qalxan olaraq istifadə edildiyi qeyd olunur.

"Zeytun Budağı" əməliyyatına dəstək məqsədi daşıyan, ərəb və kürd dillərində anonslar verilən proqram həftənin hər günü 13.30 -15.00 saatlarında efirə çıxır. Saat 20.00-də yayımlar təkrar olaraq verilir . 

Proqramda bölgə xalqı ilə canlı telefon bağlantıları olur, onların istəyi ilə mahnılar səsləndirilir.
 
 Radio rəsmilərinin verdiyi məlumata görə, kanala istər vətəndaşlar, istərsə də Azad Suriya Ordusunun rəsmilərindən müsbət geri dönüşlər daxil olur. Bölgə xalqının "Radio Kurdi" yayımlarını diqqətlə dinlədiyi qeyd edilir.



Әlaqәli Xәbәrlәr