Hulusi Akar: "TSQ ən qısa müddətdə hədəfə çatacaq"

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Şəhidlər Günü münasibətilə Baş Qərargahda keçirilən mərasimdə çıxış etdi.

931627
Hulusi Akar: "TSQ ən qısa müddətdə hədəfə çatacaq"

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Şəhidlər Günü münasibətilə Baş Qərargahda keçirilən mərasimdə çıxış etdi.

Akar sərhədlərdə və regionda təhlükəsizlik və sabitliyi təmin etmək, PKK/KCK/PYD/YPG və DEAŞ başda olmaqla, bütün terrorçuları zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını terrorçuların zülmündən xilas etmək üçün yanvarın 20-də başlayan "Zeytun Budağı" əməliyyatının böyük bir uğurla həyata keçirildiyini qeyd etdi.

 Baş Qərargah rəisi sözünə belə davam etdi: "Əməliyyat sahəsində ən müasir hərbi silah və texnikadan beynəlxalq hüquqa uyğun olaraq, gecikmə bahasına, heç bir ölkənin göstərmədiyi diqqət və həssaslıqla, günahsız insanlara və ətraf mühitə zərər vermədən  istifadə edən Türkiyə Silahlı Qüvvələri əziz millətimizin dəstəyi və inamı ilə ən qısa müddətdə hədəfinə çatacaq".
 
 Akar çıxışında 103 il əvvəl Çanaqqalada dastan olan və sonra İstiqlal Savaşında qəhrəmanlığını bütün dünyaya bir daha nümayiş etdirən Məhmətciyə millətin sahib çıxdığını qeyd edərək:" Türkiyə Silahlı Qüvvələri jandarm, polis və təhlükəsizlik qüvvələri ilə birlikdə ölkədə və sərhədlərin o tayında ən son terrorçu məhv edilənədək əzm və qətiyyətlə mübarizəyə davam edəcəkdir" dedi.

Baş Qərargah rəisi şəhid ailələrinin atasından, övladından, qardaşından, ərindən, sevdiyindən ayrılmanın ən dərin kədərini yaşadıqlarını vurğulayaraq: "Əziz şəhidlərimizin və onların dəyərli ailələrinin haqqını heç vaxt ödəyə bilmərik" dedi və millətin şəhid ailələrinə minnətdar olduğunu bildirdi.
 
 



Әlaqәli Xәbәrlәr