Ankarada Suriya mövzusunda toplantı keçiriləcək

Türkiyə, Rusiya və İranın dövlət başçıları aprelin 4-də Türkiyənin paytaxtı Ankarada bir araya gələrək, Suriya böhranını müzakirə edəcəklər.

931426
Ankarada Suriya mövzusunda toplantı keçiriləcək

Türkiyə, Rusiya və İranın dövlət başçıları aprelin 4-də Türkiyənin paytaxtı Ankarada bir araya gələrək, Suriya böhranını müzakirə edəcəklər.
 
 Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ev sahibliyi edəcəyi Suriya danışıqlarında Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə görüşəcək.
 
Üç ölkənin liderləri həm Soçi yekun bəyannaməsini, həm də siyasi keçid prosesinin son vəziyyətini  müzakirə edəcək, deeskalasiya zonalarındakı durumu dəyərləndirəcəklər.
 
 Ərdoğan və Putin toplantıdan əvvəl İstanbulda görüşəcəklər.
 
Dövlət başçıları Yüksək Səviyyəli Əməkdaşlıq Şurasında ölkələri arasındakı münasibətləri müzakirə edəcəklər.



Әlaqәli Xәbәrlәr