TSQ Afrin xalqına müraciət etdi

Türkiyə Silahlı Qüvvələri  "Zeytun Budağı" əməliyyatının davam etdiyi Afrində xalqa terrorçularla əlaqədar xəbərdarlıq etdi.

931200
TSQ Afrin xalqına müraciət etdi

Türkiyə Silahlı Qüvvələri Afrin xalqına müraciətən ərəb və kürd dillərində bildirişlər yaydı.
 
 Bildirişdə: "Terrorçu mövqeləinrdən uzaq durun. Sizdən və uşaqlarınızdan canlı qalxan kimi istifadə etmələrinə icazə verməyin" deyilir və  Afrindən getmək istəyən dinc sakinlərin TSQ-nın zəmanəti altında olacağı qeyd olunur.
 
TSQ-nın yeganə hədəfinin "terrorçular olduğunun" vurğulandığı bildirişdə: "Dəyərli afrinli qardaşlarımız, PKK/PYD/YPG/DEAŞ terror təşkilatları illərdir sizə və bizə maddi və mənəvi ziyan vururlar, sizi evinizdən, yurdunuzdan, sevdiklərinizdən məhrum etdilər, terrorçulara "dayan" deməyin vaxtı gəlib" deyilir, doğru məlumatı almaq üçün Türkiyə Radio Televiziya Qurumu (TRT) Radiosunun dinlənilməsi tövsiyə edilir.


Etiketlәr: #TSQ , #Afrin xalqı , #bildiriş

Әlaqәli Xәbәrlәr