Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Angela Merkel iki ölkə əlaqələrindən danışdılar

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Angela Merkel arasında telefon danışığı olub.

930832
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Angela Merkel iki ölkə əlaqələrindən danışdılar

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə Angela Merkel arasında telefon danışığı olub.

Türkiyə Dövlət Aparatı mənbələrindən əldə edilən məlumata görə,  dünən axşam radələrində olan telefon danışığında ikitərəfli əlaqələr, Türkiyə-Avropa İttifaqı və regional mövzulardan danışılıb.

Dövlət başçısı Ərdoğan Almaniyada federal hökumətin rəsmi olaraq vəzifəyə başlaması və kansler vəzifəsini yenidən üzərinə götürməsi münasibətilə Merkeli təbrik edib və uğurlar diləyib.

İki lider Türkiyə və Almaniya arasındakı dialoq və əməkdaşlığa müəyyən istiqamət qazandırma mövzusunda qətiyyətli mövqelərini bir daha təsdiqləyib, qeyri-qanuni köçlə mübarizə və qaçqınlar barədə birgə addım atılmasının daşıdığı əhəmiyyəti vurğulayıblar.

Terror təşkilatlarına qarşı birgə mübarizənin vacibliyinin dilə gətirildiyi telefon danışığında martın 26-da Varnada keçiriləcək Avropa İttifaqı liderlərinin yığıncağına da toxunulub.

Dövlət başçısı Ərdoğan həmçinin Türkiyənin Afrində terror ünsürlərilə mübarizəsi çərçivəsində apardığı “Zeytun budağı” əməliyyatına dair məlumat da verib.



Әlaqәli Xәbәrlәr