Türkiyə -Azərbaycan-Gürcüstan-İran xarici işlər nazirlərinin toplantısı keçirildi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə - Azərbaycan-Gürcüstan-İran Xarici İşlər nazirləri toplantısının bölgədə sabitlik və sülhə töhfə verəcəyini söylədi.

930531
Türkiyə -Azərbaycan-Gürcüstan-İran xarici işlər nazirlərinin toplantısı keçirildi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan-Gürcüstan-İran xarici işlər nazirlərinin dördtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edərək: "Bu mexanizm müştərək tarixi və mədəni əlaqələrimizin olduğu ölkələr arasında yaradılıb. Xalqlarımız arasında da səmimi dialoq var. Bu üç ölkə ilə də birgə həyata keçirdiyimiz mühüm layihələr var" dedi.
 
 Türkiyənin Azərbaycan, Gürcüstan və İran ilə dostluq və qardaşlığının gündən-günə dərinləşdiyini vurğulayan Çavuşoğlu: "Mən inanıram ki, dördlü formatdakı əməkdaşlığımız bölgənin sabitlik və sülhünə töhfə verəcək"dedi.
 
Türkiyənin Xarici İşlər naziri Türkiyənin ölkələrin ərazi və sərhəd bütövlüyünü dəstəklədiyini, hər kəsin buna hörmətlə yanaşmasının vacibliyini vurğuladı.
 
  Çavuşoğlu sözlərinə belə davam etdi: "Həm ticarət, həm sərmayə, həm də xalqlarımız arasındakı əlaqə baxımından nəqliyyat şəbəkəmizi möhkəmləndirməyimiz lazımdır, bu məsələ ilə bağlı əhəmiyyətli layihələr də var. Həyata keçirdiyimiz bugünkü toplantının gələcək üçün bir yol xəritəsi olduğunu görürük və bu, Bakı Bəyannaməsində də əks olunur. Çox sevdiyim üç dostum və qardaşımla bu formatda da əməkdaşlığımızın davam edəcəyinə görə özümü xoşbəxt hiss edirəm".

 



Әlaqәli Xәbәrlәr