Türkiyə Almaniyada məscidlərə hücumlara reaksiyasını bildirib

Türkiyə irqçi və İslam əleyhdarı qruplarla separatçı terror təşkilatı PKK-nın Almaniyada Türkiyənin məscidlərinə hücumlarına reaksiyasını bildirib.

927358
Türkiyə Almaniyada məscidlərə hücumlara reaksiyasını bildirib

  Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir: “Son günlərdə Almanyanın paytaxtı Berlin şəhəri və Laufen əm Nekkar (Lauffen am Neckar) qəsəbəsində Türkiyəyə məxsus 2 məscidə hücumları təəssüf hissilə qarşılayırıq. Təsəllimiz sadəcə can itkisinin baş verməməsidir… Laufen əm Nekkarda 9 mart gecəsi şüşə partlayıcıyla təşkil olunan hücumu bölücü terror təşkilatı PKK tərəfdarları öz boyunlarına götürdü, Berlindəki cinayətkarlar isə hələlik məlum deyil… Sözügedən hücumlarda cinayətkarlarla bağlı təcili tədbirləin görülməsini, onların həbs edilməsini və bənzər hücumların meydana gəlməməsi üçün Almaniya rəsmi orqanlarının hərəkətə keçməsini gözləyirik.”



Әlaqәli Xәbәrlәr