Prezident R.T.Ərdoğan ‘Beynəlxalq Sülh Mükafatına’ layiq görülüb

Dünya Beynəlxalq Pediatriya Təşkilatı (IPA), qaçqın uşaqlara istiqamətli xidmətlərinə görə Prezident Rəcəb Tayyib Ərdoğanı, "Beynəlxalq Sülh Mükafatına" layiq görüb.

927624
Prezident R.T.Ərdoğan ‘Beynəlxalq Sülh Mükafatına’ layiq görülüb

IPA-nın şərhində bildirilib ki, qurumun Xarici Əlaqələr üzrə Direktoru Kərəm Həsənoğlunun dəvətinə görə Türkiyəyə gələn IPA nümanədə heyəti, qaçqın uşaqlar üçün edilən işləri yerində görmə imkanını əldə edib. Sığınmacıların qaldıqları düşərqələrdə tədqiqat aparıb

Kərəm Həsənoğlu heyətin Türkiyəni ziyarətindən sonra IPA rəhbərliyinin prezident Ərdoğana, qaçqın uşaqlarla əlaqədar edilən işlərə görə "Beynəlxalq Sülh Mükafatı" təqdim edilməsinə dair qərar qəbul etdiyini bildirib.

IPA rəhbəri və təşkilat idarəçilərinin, Prezident Ərdoğanın başçılığı ilə bir çox uşağın yenidən həyata qazandırılmasından təsirləndiklərini ifadə edən Həsənoğlu: “Qaçqın mövzusuna bir çox ölkə biganə qaldı. Türkiyə isə heç bir ölkədən yardım tələb etməyərək milyon yarım körpə və uşağa qapılarını açaraq onları lazımlı imkanlarla təmin etdi. Ölmələrinə icazə vermədi. Dünyanın bir çox ölkəsi bu vəziyyətə biganə qalarkən cənab Ərdoğanın liderliyindəki Türkiyə, bu məsum körpələrin, uşaqların həyatda qalmaları uğrunda heç bir güzəştən imtina etmədi. Bu səbəbdən IPA, dünya uşaqlarının həyat hüquqlarının qorunması uğrunda gördüyü işlərə görə cənab Ərdoğanı Beynəlxalq Sülh Mükafatına layiq görüb”.

 



Әlaqәli Xәbәrlәr