Afrindә şәhid olan Türk әsgәrlәri Fransada yad edilib
Fransanın Mulhouse şәhәrindә fәrqli siyasi görüşlәrә sahib olan 7 dәrnәk Suriyanın Afrin bölgәsindә davam etdirilәn ‘‘Zeytun Budağı’’ әmәliyyatı zamanı şәhid olan Türk әsgәrlәrini yad edib.
Fransanın Mulhouse şәhәrindә fәrqli siyasi görüşlәrә sahib olan 7 dәrnәk Suriyanın Afrin bölgәsindә davam etdirilәn ‘‘Zeytun Budağı’’ әmәliyyatı zamanı şәhid olan Türk әsgәrlәrini yad edib.
Avropa Türk Demokratlar Birliyi, Din İşləri üzrә Türk İslam Birliyi və Bərabərlik və Ədalət Şurasının tәşkilatçılığı ilә keçirilәn tәdbirdә şәhidlәr yad edilib, Qurani-Kәrimdən ayələr səsləndirilib vә şәhid olanların ruhuna dualar oxunub.
Tәdbirdә çıxış edәn Әdalәt vә İnkişaf Partiyasının İstanbul üzrә millәt vәkili Halis Dalkılıç Türkiyәnin dünyadaki bütün zalımlara etiraz edәn sәs olduğunu xatırladaraq: ‘‘Bütün mәzlumlara qucaq açan mәdәniyyәtin nümayәndәlәriyik. Nәyә qarşı mübarizә apardığımızı bilirik. Afrindәki qardaşlarımıza sahib çıxmağı özümüzә borc bilirik’’ deyә qeyd edib.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...